Yandex watch
Uşaqlarda uzun çəkən və təkrarlanan öskürəklərdən ehtiyatlı olun!

Astma, tənəffüs yollarının tətikləyicilərdən təsirlənməsi nəticəsində xırıltı, nəfəs darlığı, döş qəfəsində sıxılma, tənəffüs çətinliyi və öskürək kimi əlamətlərlə inkişaf edən bir xəstəlikdir.

Emlakbazari.az

E-saglam.az bildirir ki, uşaqlıq astmasının simptomları gecələr daha şiddətli ola bilər. Tez-tez uzun sürən öskürək və nəfəs darlığı astma ilə əlaqəli ola bilər. Astma uşaqların tənəffüs yollarının həssas olması səbəbindən sadə tətiklənmələrdən asanlıqla təsirlənə bilər.

Uşaq astmasına səbəb olan faktorlar arasında allergenlər, tənəffüs yolları infeksiyaları, hava çirkliliyi və gərginlik yer alır. Astma şikayətləri yaş qruplarına görə fərqli ola bilər. Bəzi hallarda, uzun sürən öskürək sadəcə astmanın əlaməti ola bilər. Astma müvəqqəti və ya qalıcı ola bilər, simptomların başladığı yaş və genetik faktorlar bu məsələdə rol oynayır.

Astma diaqnozu, xəstənin şikayətləri və anamnezinə əsaslanır, həmçinin allergiya testləri də aparıla bilər. Müalicə astmanın şiddətinə və nəzarət səviyyəsinə əsaslanaraq planlanır. İlk seçim dərmanlar tənəffüs yollarına tətbiq olunur və müntəzəm istifadə edilməlidir. Astma nəzarət altına alındıqda, uşaqlar sosial həyatda məhdudiyyətlərlə üzləşmirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az