Xəstəliklər
Uşaqların qurda yoluxması və müalicəsi ilə bağlı - VACİB MƏLUMAT
Xəstəliklər

Uşaqların qurda yoluxması və müalicəsi ilə bağlı - VACİB MƏLUMAT

Qurd xəstəlikləri bütün dünyada ən yayılmış xəstəliklərdən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada 4,5 mlrd. insanda müxtəlif qurd xəstəlikləri var. Bu xəstəliklər xüsusilə Afrika və Asiya ölkələrində daha çox yayılıb. Avropa ölkələrində qurd xəstəliklərinə daha az təsadüf edilir.

E-saglam.az sizə tanınmış ukraynalı pediatr Evgeni Komarovskinin uşaqlarda qurd xəstəlikləri ilə bağlı çox vacib fikirlərini çatdırır.

1. Avropa ölkələrində 99% qurd xəstəliklərini askarid, tükbaş və biz qurdu yaradır.

2. Bu qurdları yalnız nəcisdə aşkar etmək mümkündür. Heç bir qan analizi və ya "kompüter müayinə"si qurdaları aşkar etməyə kömək etmir.

3. Nəcis analizi 3 dəfə fasilələrlə verilməlidir. Yalnız bu halda qurdları aşkar etmək mümkündür. 1 dəfə verilmiş və nəticəsi "mənfi" olan analiz dəqiq göstərici sayılmır.

4. ÜST uşaqlara profilaktik məqsədlərlə qurd əleyhinə dərmanların verməyini tövsiyə etmir. Belə dərmanlar yalnız qurd aşkar olunduqda uşağa verilə bilər.

5. Uşağın ağzından pis iyin gəlməyi, yuxu zamanı dişlərin qıcırdatması, yuxu zamanı uşağın ağzından suyun gəlməyi və s. kimi simptomlar uşağın orqanizmdə qurdun olmasının əlamətləri sayılmır.

6. Ailədə 1 uşaqda biz qurd aşkar olunubsa, bütün ailə bu qurda görə müalicə almalıdır./saglamolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun