Xəstəliklər
Uşaqlarda limfa düyünlərinin böyüməsinə diqqət!
Xəstəliklər

Uşaqlarda limfa düyünlərinin böyüməsinə diqqət! Bu xəstəlik ola bilər

Uşaqlarda limfa düyünlərinin böyüməsi ilə bağlı xəbərdarlıqlarını paylaşan Prof. Dr. Cengiz Canpolat, soyuqdəymə və ya qrip kimi mövsümi xəstəliklərə bənzəyən simptomların, əslində leykoz (qan xərçəngi) kimi ciddi xəstəliklərin əlaməti ola biləcəyini vurğulayıb.

E-saglam.az xəbər verir ki, limfa düyünlərinin böyüməsi, xüsusilə yuxarı tənəffüs yolları infeksiyaları ilə qarışa bilər, amma bu simptomların hər zaman diqqətlə izlənməsi vacibdir.

Canpolat, limfa düyünlərinin böyüməsinin, yüksək hərarət və digər narahatlıq əlamətləri ilə müşayiət olunduğu hallarda, dərhal əlavə müayinələrə ehtiyac olduğunu bildirib.

Erkən diaqnozun əhəmiyyətinə toxunan mütəxəssis, leykoz xəstəliyinin müalicəsinin mümkün olduğunu, amma tez diaqnoz qoyulmasının vacibliyini qeyd edib.

Prof. Dr. Canpolat, limfa düyünlərindəki dəyişikliklərə diqqət yetirilməli, xüsusilə uzun müddət böyüyən düyünlərə qarşı müvafiq müayinələr aparılmalıdır. Uşaqların immun sistemlərinin zəif olması səbəbilə bu dəyişikliklərə diqqət edilməli, mütəxəssisə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun