Xəstəliklər
Uşaqlarda da məkrli xəstəlik sürətlə yayılır -
Xəstəliklər

Uşaqlarda da məkrli xəstəlik sürətlə yayılır - Bu səhvlər qaraciyəri yağlandırır!

E-saglam.az xəbər verir ki, Qastroenterologiya Mütəxəssisi Dr. Fuad Cəfərov qaraciyəri piyləndirən səhvlər və bu səhvlərdən qorunmaq üçün tədbirlərdən danışıb.

Qaraciyəri yağlandıran 5 önəmli SƏHV

1. Yüksək şəkər və işlənmiş qidalar yemək

Necə zərər verir? Həddindən artıq şəkər və işlənmiş qidalar qaraciyərdə yağ yığılmasına səbəb olan insulin müqavimətini artırır. Dadlandırıcılar, xüsusən də tərkibində fruktoza olanlar qaraciyərdə yağ yığılmasını sürətləndirir.

Həqiqət nə olmalıdır? Rafinə şəkər əvəzinə təbii dadlandırıcılara üstünlük verilməli, işlənmiş qida istehlakı minimuma endirilməlidir. Pəhrizdə təzə tərəvəzlər, meyvələr və bütün taxıllar ön planda olmalıdır.

2. Alkoqol qəbulu

Necə zərər verir? Alkoqol qaraciyər hüceyrələrini birbaşa zədələyir və zaman keçdikcə qaraciyərin yağlanmasına, sonra isə sirroza səbəb ola bilər. Tez-tez istehlak qaraciyərin özünü bərpa etmək qabiliyyətini azaldır.

Həqiqət nə olmalıdır? Alkoqol istehlakı məhdudlaşdırılmalı və ya tamamilə istisna edilməlidir. Xüsusilə yağlı qaraciyər diaqnozu qoyulmuş şəxslər qətiliklə spirtli içki qəbul etməməlidirlər.

3. Oturaq həyat tərzinə sahib olmaq

Necə zərər verir? Qeyri-adekvat fiziki fəaliyyət maddələr mübadiləsini yavaşlatır və yağ yığılmasını artırır. Bu vəziyyət qaraciyər yağlanmasına səbəb olan ən əhəmiyyətli faktorlardan biridir.

Həqiqət nə olmalıdır? Aparılan araşdırmalar, tədqiqatlar göstərir ki, həftədə ən az 150 dəqiqə orta intensivlikdə məşq etmək qaraciyər yağını azaltmaqda təsirli olur.

4. Nizamsız və səhv pəhrizlər etmək

Necə zərər verir? Sürətli arıqlamağa səbəb olan pəhrizlər qaraciyərdə toksinlərin yığılmasına səbəb ola bilər. Bundan əlavə, nizamsız yemək maddələr mübadiləsinə mənfi təsir göstərir.

Həqiqət nə olmalıdır? Mütəxəssis nəzarəti altında sağlam və balanslı qidalanma proqramı qəbul edilməli və çəki itirilməlidir. Yeməkləri atlamamaq və müntəzəm yemək vacibdir.

5. Kifayət qədər su içməmək

Necə zərər verir? Yetərsiz su istehlakı toksinlərin qaraciyərdən atılmasını çətinləşdirir. Bu, qaraciyərin iş yükünü artırır və steatoza səbəb ola bilər.

Həqiqət nə olmalıdır? Gündə 2 litr su içmək lazımdır. Su toksinlərin atılmasını asanlaşdırır və qaraciyərin sağlamlığını dəstəkləyir.

Qastroenterologiya Mütəxəssisi Dr. Fuad Cəfərov qaraciyər yağlanmasına qarşı alına biləcək sadə, lakin təsirli təkliflərin olduğunu bildirib və deyib:

“Ancaq bu təkliflərin heç biri öz-özünə qaraciyər yağını aradan qaldırmayacaq. Məsələn; Spirtli içki qəbul edən və ya başqa pis həyat vərdişləri olan insan tək başına topinambur(yer armudu) yeməklə qaraciyər yağlanmasının qarşısını ala bilməz. Ona görə də ümumən sağlam həyat vərdişlərini mənimsəmək və onları mütəmadi olaraq tətbiq etmək lazımdır”.

Qaraciyərin yağlanmasına qarşı 10 təsirli tədbir

1. Sağlam və balanslı qidalanın

2. Şəkərli və işlənmiş qidalardan uzaq durun.

3. Davamlı idman edərək aktiv bir həyat sürün.

4. Crash diyetlərdən qaçındığınızdan əmin olun.

5. Alkoqol istehlakını tamamilə tərk edin və ya məhdudlaşdırın.

6. Bol su istehlak edərək qaraciyərinizi dəstəkləyin.

7. Mütəmadi olaraq sağlamlıq müayinələrindən keçərək erkən diaqnoz fürsətini qaçırmayın.

8. Stressinizi idarə etməyi öyrənərək hormonal tarazlığı qoruyun.

9. Gündə 1-2 stəkan filtr qəhvə və ya türk qəhvəsi içmək.

10. Masanıza artishok əlavə edin.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun