Son zamanlar uşaqlar arasında virus infeksiyalarına yoluxma halları artıb.
E-saglam.az Xəzər TV-yə istinadən məlumat verir ki, infeksionistlərin sözlərinə görə, beş yaşınadək uşaqlar arasında rota virusun yayılması müşahidə olunur.
Qeyd olunub ki, bu uşaqların yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir.
Virusun təhlükəli olmasına səbəb isə bəzi hallarda ölümlə nəticələnə bilməsidir.