Tibbi xəbərlər
Uşaqda 7 gündən çox davam edən omba ağrısına
Tibbi xəbərlər
417

Uşaqda 7 gündən çox davam edən omba ağrısına diqqət yetirin

Uşaqda 7 gündən çox davam edən omba ağrısına diqqət yetirin.

E-saglam.az xəbər verir ki, Özəl Göztəpə Xəstəxanası Ortopediya və Travmatologiya şöbəsindən Op. Dr. Özgür Karaman yeni doğulan körpələrdə və uşaqlarda doğuş zamanı və ya sonrasında görülə bilən ortopedik xəstəliklər haqqında məlumat verib.

Həmin xəstəliklər aşağıdakılardır: 

İnkişaf edən omba displazisi doğuşdan dərhal sonra diaqnoz qoyula bilən və ilkin olaraq bud başı-asetabulum əlaqəsinin pozulmadığı bir xəstəlikdir. Qızlarda daha çox rast gəlinir. Körpə böyüdükcə, omba oynağında sümük toxumalarında patoloji səbəbiylə oynaqda tam dislokasiyalar meydana gəlir. 0-6 aylıq uşaqlarda erkən dövrdə konservativ müalicə (Pavlik sarğı), gec dövrdə isə 6-18 aylıq uşaqlarda cərrahi üsullar tətbiq edilir.

Legg-Calve-Perthes xəstəliyi omba oynağının uyğunlaşmamasıdır. Ən çox 2-12 yaş arasında (ən çox 4-9 yaş qrupunda, daha çox kişilərdə rast gəlinən) axsamaqla müşahidə olunan xəstəlikdir. Omba nahiyəsində 7 gündən çox davam edən ağrı və qızdırmasız axsamaq Perthes xəstəliyi haqqında düşündürməlidir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun