Tibbi xəbərlər
Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru kompleksi istifadəyə verilib
Tibbi xəbərlər
132

Uşaq Reabilitasiya Mərkəzində son nəsil reabilitasiya trenajoru kompleksi istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların daha effektiv bərpa müalicəsi üçün son nəsil reabilitasiya trenajoru - robotlaşdırılmış lokomat kompleksi istifadəyə verilib.

Nazirlikdən E-saglam.az-a bildirilib ki, lokomat yeriş funksiyaları pozulmuş şəxslərdə aşağı ətrafların fizioloji hərəkətlərini yerinə yetirən, pasiyentlərin çevikliyini artıran, sinir sistemi travmaları və patologiyası olan pasiyentlərdə hərəki vərdişlərin, yeriş funksiyasının bərpasına imkan yaradan robotlaşdırılmış ortezdir. 

Sağlamlıq imkanları məhdud uşaqlar lokomat kompleksində xüsusi qurğular vasitəsilə qaçış zolağının üzərinə yerləşdirilir, xüsusi bağlar vasitəsi ilə qaçış zolağının üzərinə fiksə olunan xəstənin ayaqları ortezlərə (robotun ayaqlarına) bərkidilir. Ortezlər və qaçış zolağı hərəkətə gəldiyi zaman uşaqda yerimə hərəkəti yaradılır.

Bu trenajorun əsas üstünlüyü aşağı ətraflardan baş-beyinə qədər impulsların hərəkətə gətirilməsinə, yerişin formalaşmasına, qan dövranının yaxşılaşdırılmasına, orqanizmin ümumi tonusunun artırılmasına dəstək verməsidir. Həmçinin trenajorla yerimə hissinin pasiyentlərdə yüksək motivasiya yaratmasıdır.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun