Xəstəliklər
Uşağınız davamlı xəstələnir? -
Xəstəliklər

Uşağınız davamlı xəstələnir? - Bunu gözdən qaçırırsınız

E-saglam.az xəbər verir ki, Uşaq Yoluxucu Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Manolya Kara bildirir ki, bu infeksiyalar adətən virus mənşəlidir və xüsusilə qış aylarında rinovirus, qrip və paraqrip kimi viruslar daha çox yayılır.

Məktəb və uşaq baxçası kimi yerlərdə uşaqların immun sistemi tam inkişaf etmədiyi üçün onlar bir infeksiyadan sağalmadan digərinə yoluxa bilərlər, bu da ildə 6-8 dəfə xəstələnmələrinə səbəb ola bilər.

Uşaqlar böyüdükcə immun sistemləri güclənir və xəstəliklərin tezliyi azalır. Müalicə əsasən simptomları yüngülləşdirməyə yönəlib və qızdırma zamanı maye qəbulu, ağrıkəsicilər və istirahət tövsiyə olunur.

Uşaqların immun sistemini gücləndirmək üçün balanslı qidalanma, kifayət qədər yuxu, tam peyvənd və müntəzəm fiziki fəaliyyət vacibdir. Məktəblərdə infeksiyaların qarşısını almaq üçün siniflərin havalandırılması, əllərin gigiyenasına diqqət və qrup fəaliyyətləri zamanı ehtiyat tədbirlərinin görülməsi tövsiyə edilir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun