Qulaq ağrısı ilə xəstəxanaya aparılan kiçik qızın qulağından çıxan tapıntı hətta həkimləri də təəccübləndirib. Kiçik qızın qulaq kanalı yüzlərlə gənə ilə dolu idi.
E-saglam.az xəbər verir ki, günlərdir davam edən qulaq ağrısının sadə bir infeksiya və ya sızanaq olduğunu düşünən ana, ağrının boynuna keçməsi və qızında halsızlıq əlamətləri göründüyü zaman xəstəxanaya müraciət edib.
Həkimlər ətraflı müayinə etdikdə inanılmaz mənzərə ilə qarşılaşıblar: Kiçik qızın qulaq kanalı yüzlərlə gənə ilə dolu idi.
Sürətli müdaxilə ilə gənə populyasiyasından təmizləndi və həkimlər nəinki yetkin gənələri çıxardılar, hətta onların qoyub getdikləri yumurtaları da ehtiyatla təmizlədilər. Mütəxəssislər bu prosesə laqeyd yanaşılacağı təqdirdə yoluxma riskinin artacağı barədə xəbərdarlıq edərək, qızın müalicəsinin uğurla başa çatdığını və evə buraxıldığını bildiriblər.
Hadisədən sonra danışan ana gənənin qızına küçə pişikləri ilə oynayan zaman keçə biləcəyini deyib və digər valideynlərə səslənib: “Uşaqlarınızın ağrı şikayətlərinə laqeyd yanaşmayın. Sadə bir problem kimi görünsə də, daha ciddi problemlər ola bilər".
Tərcümə: Könül Oruc