Tibbi xəbərlər
Uşağın cinsiyyəti atadan, yoxsa anadan asılıdır?
Tibbi xəbərlər
1558

Uşağın cinsiyyəti atadan, yoxsa anadan asılıdır? - Həkim AÇIQLADI

Uşaq dünyaya gətirmək ailələrin əksəriyyəti üçün böyük sevinc hissidir. Lakin bəzi ailələrdə uşağın oğlan yox, qız doğulması narazılıqla qarşılanır. Narazı olanların əksəriyyəti, əsasən, kişilər olur. Qadınlar isə bu vəziyətdə qınaq və şiddət obyektinə çevrilir.

Bəs uşağın cinsiyyəti anadan, yoxsa atadan asılıdır?

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Namiq İsmayılov bildirib ki, insan bədəni milyonlarla hüceyrədən ibarətdir.

“Hər hüceyrənin tərkibində nüvə və xromosomlar yerləşir. Xromosomlar isə genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi və maddələr mübadiləsinin xüsusiyyətləri kimi özəllikləri özündə daşıyır. Genlər gen toplusu, yəni genotip yaradır. Gen toplusu hər bir insanda fərqlidir. Qadınlarda xromosom dəsti 46 XX, kişilərdə isə 46 XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi, 2 xromosom isə cinsidir. Spermatozoid və yumurta hüceyrəsinin hər birində xromosomların yarısı mövcud olur. Qadınların bütün yumurta hüceyrələrində yanlız X cinsi xromosomları olur. Bu hüceyrələrin birləşməsi nəticəsində orqanizm yeni xromosom dəsti yaradır. Bu dəst ya 46XX, ya da 46XY şəklində olur".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun