Faydalı
Uşağın ağıllı olması üçün hamiləlikdə bu qidaları yeyin!
Faydalı

Uşağın ağıllı olması üçün hamiləlikdə bu qidaları yeyin!

Uşağın ağıllı olması üçün hamiləlikdə bu qidaları yemək lazımdır

Kornell Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxlalar, qoz və kələmin bütün növləri (ağ kələm, gül kələm, brussel kələmi və s.) ana bətnində olan uşağın beyninə müsbət təsir edir.

Saglamolun.az ZeeNews-a istinadla xəbər verir ki, araşdırmada 26 hamilə qadın iştirak edib. Onların qidalanmasında sadaladığımız məhsulların miqdarı artırılıb. Araşdırma göstərib ki, eksperimentdə iştirak edən qadınların dünyaya gətirdiyi uşaqlarında məlumatı qavramaq sürəti kiçik yaşlardan yüksək olub. Bu isə gələcəkdə İQ səviyyəsinin yüksək olmasına işarə edir.   

Bundan əvvəl aparılmış araşdırmalar göstərb ki, rasionda xolin maddəsinin (yumurta, qaraciyər, paxlalar, araxıs, qozda çoxdur ) artması siçan balalarının koqnitiv funksiyalarına müsbət təsir edir. Bu nəticələr insanlar üçün də uyğun gəlir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun