Xəstəliklər
Uşağa antibiotik yanında göbələk dərmanı verməliyik? - AÇIQLAMA
Xəstəliklər
589

Uşağa antibiotik yanında göbələk dərmanı verməliyik? - AÇIQLAMA

Əgər uşağa antibiotik yazılan zaman yanında göbələk dərmanı yazmaq lazımdırsa, onu biz mütləq yazarıq. Yazmırıqsa, demək ki lazım deyil.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

O bildirib ki, profilaktik göbələk əleyhinə dərmanların istifadəsi məsləhət görülmür: "Yəni hər antibiotik qəbul edən uşaqda göbələk yaranacaq deyə bir anlayış yoxdur. Buna görə də, hər antibotik qəbul edən uşağa göbələk dərmanı verib zəhərləməyin mənası yoxdur. Çünki göbələk əleyhinə dərmanlar qaraciyər və böyrəyə çox ziyanlıdır. Onların istifadəsinə xüsusi göstərişlər var ki, antibiotik istifadəsi bu göstərişlər içərisində yer almır". 

Pediatr deyib ki, əgər antibiotik istifadəsindən sonra uşaqda ağızda yaralar, genital bölgədə qaşıntılar yarandısa, yerli olaraq kremlər istifadə edə bilərik: "Göbələk dərmanlarının profilaktik olaraq istifadəsi pediatriyada məsləhət deyil. Bəzən  valideynlər özbaşına gedib alıb verirlər. Qətiyyən bunu etməyin. Əsas məqsədimiz uşaqlara zərər verməməkdir". 

Könül Oruc

günay rəsulova

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun