Ürəyimizi nə zaman müayinə etdirməliyik? - Kardioloq
Ürəyimizi nə zaman müayinə etdirməliyik? - Kardioloq

Son illər ürək tutmasından ölüm sayı artıb. Bu gün tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli də qəfil ürək tutmasından vəfat edib. Maraqlıdır, ürəyi nə zaman müayinə etdirmək lazımdır ki, bu kimi hal yaranmasın?

 E-saglam.az xəbər verir ki, mövzu barədə kardioloq Jalə Abbasova Faktmedia.az-a deyib ki, insanlar çox vaxt mədə ağrısı ilə ürək ağrısını səhv salır.

"Sinədə bir neçə gün tutmaşəkilli yanma, göynəmə hissi, hərəkət zamanı və fiziki aktivliklə məşğul olduqda təngnəfəslik, halsızlıq, tez yorulma, sakit vəziyyətdə boğulma, halsızlıq, ürək döyüntü, aritmiya, nəbzin azalması, baş ağrısı, arterial təzyiqin artması və ya azalması 
mədə nahiyyəsində küt ağrı varsa həkimə müraciət olunmalıdır",

Kardioloq əlavə edib ki, şəkərli diabeti olan xəstələrdə bu şikayətlər olmadan belə ürək damar xəstəliklərinə rast gəlinir:

İrsiyyətdə ÜİX, AHX, qəfləti ölümlər, ailəvi hipetxolesterinemiya, endokrin sistemi xəstəlikləri (şəkərli diabet,zob,böyrək xəstəlikləri ) olan sağlam insanlar kardioloji çek updan keçmələri tövsiyyə olunur. Heç bir şikayəti olmayan özünü sağlam hiss edən insan kardioloji çek updan keçdikdə ürəklə bağlı problemi varsa, vaxtında müalicə etdikdə xəstəliyin qarşısı alınır. Onkolojı və şəkərli diabeti olan xəstələr, insult və miokard infakt keçirmiş xəstələr, AHX, ÜİX, hiperxolesterinemiyası  olan xəstələr ildə iki dəfə kardioloji müayinədən keçməlidirlər".