Xəstəliklər
Ürəklə bağlı problemlərdən xəbər verən bəzi
Xəstəliklər

Ürəklə bağlı problemlərdən xəbər verən bəzi qəribə əlamətlər

"Ürəklə bağlı problemlərin əlamətləri başqa xəstəlik və ya zəiflik pərdəsi altında gizlənə bilər..."

Nyu-Yorkun "White Plains" xəstəxanasının kardioloqu, doktor Edo Pas qeyd edir ki, ürək döyüntülərinin tezləşməsindən şikayətlənən pasiyentlər öz hissiyyatlarını elə təsəvvür edir ki, sanki onlar kəskin şəkildə aşağı hərəkət edən liftdədir. Belə hissiyyatları görməzdən gəlmək istəyi yaranmasına rəğmən, bu barədə həkimə məlumat vermək vacibdir, çünki bu, ürək ritminin qulaqçıqların fibrillyasiyası kimi pozulmasından xəbər verə bilər.

E-saglam.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə "cursorinfo.co.il" nəşri yazıb.

Kardioloq və damar təbabəti üzrə mütəxəssis Hizer Qornikin sözlərinə görə, əgər siz müntəzəm olaraq qulaqlarınızda H nəbzvari küy və ya fit səsi  hiss edirsinizsə, bu, ürəklə bağlı daha bir qeyri-adi əlamət ola bilər. Bu səslər ürək döyüntüləri ilə sinxronlaşaraq yuxu arteriyasının stenozundan xəbər verə bilər, bu, beyinə qan daşıyan damarların daralması və ya fibroz-əzələ displaziyası deməkdir. Əgər belə əlamətlər təkrarlanarsa, həkimə müraciət etmək lazımdır.

1. Hərəkət zamanı ayaqlarda ağrı və yorğunluq

Əgər uzun məsafələrə hərəkət etmək çətinləşirsə və ya gəzintilər zamanı ayaqlarda ağrı yaranırsa, bu, həyəcanlı əlamətdir. Bu əlamət periferik arterial xəstəlikdən xəbər verə bilər, bu zaman ayaqları qanla təchiz edən arteriyaların qapanmasını göstərə bilər ki, bu da infarkt, insult və ürək tutmaları riskini yüksəldə bilər.

2. Ayaq və pəncələrdə şişkinlik

Ayaqlar və pəncələrin şişkinliyi ilə müşahidə edilən periferik ödem durğunluq ürək çatışmazlığının əlamətidir. Ürək qanvurmanın öhdəsindən gələ bilməyəndə qan aşağı ətraflarda toplanaraq ödem yaradır. Əgər hər iki ayaqda hər gün ödem meydana çıxırsa, bu, həkimə müraciət etmək üçün səbəbdir. Həmçinin dərinin rənginin dəyişməsinə diqqət etmək lazımdır. Qan dövranının pozulması zamanı ayaqlar bənövşəyi rəngdə və ya həddən artıq solğun ola bilər.

3. Fiziki yük zamanı çənədə və ya boyun nahiyəsində ağrı

Stenokardiya bəzən çənədə və ya boyunda, xüsusilə fiziki yük, məsələn, nərdivanla qalxdıqda ağrı ilə özünü büruzə verir. Hyuston Metodist Hospitalından doktor Uilyam Zoqbi izah edir ki, ağrı bədənin yuxarı hissəsinə yayıla bilər, hərçənd, ağrı heç də həmişə əllər və ya çiyində olmur. Hətta ağrı istirahət zamanı keçib gedirsə, həkimlə məsləhətləşmək vacibdir.

4. Ürəkbulanması və həzm pozuntusu

Bəzi ürək xəstəlikləri döş qəfəsində diskomfort və ya yeməkdən sonra hədsiz gəyirmə ilə müşahidə edilə bilər. Mədə pozuntusuna bənzəyən qıcqırma bəzən ürəyin işemik xəstəliyində baş verir. Hətta sizə bu, əhəmiyyətsiz əlamət kimi görünsə belə, xüsusilə heç nə yemədiyiniz halda qıcqırma baş verən zaman həkimə müraciət etmək daha yaxşıdır. Ürəkbulanması ürək problemlərinin daha bir mümkün siqnalıdır.

5. Təngnəfəslik və bilək nahiyəsində diskomfort hissi

Əgər sizdə xüsusilə kompüter arxasında işləyəndən sonra bilək nahiyəsində tez-tez baş

ağrılar, habelə barmaqlarda sancma və zəiflik hiss edirsinizsə, bu, ürək amiloidozunun əlaməti ola bilər. Bu xəstəlik zamanı amiloid zülalı orqanizmin toxumalarında toplanır və onun işini pozur. Bu zaman təngnəfəslik çox vaxt yanaşı əlamət olur.

6. Sinədə kəskin ağrı

Ürək tutmasının klassik əlaməti döş qəfəsində təzyiq və ya sıxılma hissidir, lakin kəskin, deşici ağrı aorta anevrizmasının əlaməti ola bilər. Bu, bədənin əsas damarının dağılmasıdır və təxirəsalınmaz tibbi yardıma müraciət etmədikdə ölümlə nəticələnə bilər.

7. Gündəlik vəzifələrin icrasında çətinliklər

Ürək qapaqlarının xəstəlikləri tədricən inkişaf edə bilər, onların əlamətləri yalnız sonrakı mərhələlərdə meydana çıxa bilər. Şimal-Qərb Universitetindən doktor Çarlz Devidson qeyd edir ki, erkən əlamətlərə qəflətən dözümlülüyün azalması və ya əvvəllər problemlər yaratmayan adəti üzrə işlərin icrasında çətinliklər daxil ola bilər.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun