Yandex watch
Ürək və damar xəstəliklərinin qarşısını almağın ƏN FƏRQLİ YOLU

Ürək-damar xəstəlikləri təhlükəlidir, çünki ölüm və əlilliyə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Anna Kalineviç ürək və damar xəstəliklərinin qarşısını almağın ən asan yolu haqqında danışıb.

Onun sözlərinə görə, cinsi əlaqə ürək-damar xəstəliklərinin qarşısının alnmağən ən yaxşı yoludur. O qeyd edib ki, ilk növbədə bu, əla kardio məşqdir və ürək əzələsini yaxşı vəziyyətdə saxlamağa kömək edir. Bundan əlavə, sevişmə sayəsində stress səviyyəsi azalır, yuxu normallaşır.

Ancaq bəziləri bu üsulla diqqətli olmalıdırlar. Məsələn, arterial hipertenziyası olan insanlar, lakin daim yüksək təzyiq dərmanlarla yaxşı idarə olunursa, heç bir əks göstəriş yoxdur. Həmçinin, miokard infarktından sonra cinsi həyatı 2-3 həftədən tez, koronar arteriya əməliyyatından sonra isə 8 həftədən sonra bərpa etmək mümkündür./Lent.az