Tibbi xəbərlər
Ürək tutması zamanı həyat qurtaran
Tibbi xəbərlər

Ürək tutması zamanı həyat qurtaran 5 dəqiqə

Kardioloq Prof. Dr. Ərtoğrul Okuyan bildirir ki, infarktlar həmişə qəfil baş vermir – bədən əvvəlcədən bəzi xəbərdaredici siqnallar göndərə bilər.

E-saglam.az xəbər verir ki, sinə ağrısı, nəfəs darlığı, yorğunluq kimi əlamətlər infarktın yaxınlaşdığını göstərə bilər. Xüsusilə stress və fiziki yüklənmədən sonra qəfil inkişaf edən infarktlar daha ölümcül ola bilər.

Əsas səbəb ürək damarlarında tıxanmadır. Ateroskleroz nəticəsində yaranan lövhələr damarda laxta yaradaraq qan axınının dayanmasına səbəb olur. Əgər tıxanma əsas damarda baş verərsə, ölüm riski daha da artır.

Prof. Dr. Okuyan risk faktorları arasında genetik meyil, hipertoniya, şəkər, xolesterol, piylənmə və siqaret kimi dəyişdirilə bilən səbəblərə diqqət çəkir. Sağlam həyat tərzi bu riskləri azaltmaqda mühüm rol oynayır.

Ən vacib məqam isə ilk 5 dəqiqədə müdaxilədir. Ürək dayanması halında ürək masajı və defibrilasiya həyatı xilas edə bilər. Okuyan defibrilyator cihazlarının yayılmasının vacibliyini vurğulayaraq, vaxtında müdaxilə ilə həyatların xilas edilə biləcəyini qeyd edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun