Tibbi xəbərlər
Ürək, diabet və xərçəng kimi xroniki xəstəliklərin riskini
Tibbi xəbərlər
486

Ürək, diabet və xərçəng kimi xroniki xəstəliklərin riskini azaltmaq mümkündürmü?

Ürək, diabet və xərçəng kimi xroniki xəstəliklərin riskini azaltmaq üçün sadə, amma təsirli üsullar var.

E-saglam.az xəbər verir ki, bu 7 məsləhət gündəlik həyatınıza daxil edilə bilər:

Tərəvəzlərlə yeməklərə başlamaq faydalıdır. Onlar vitamin, mineral və liflə zəngindir, çəki nəzarətinə kömək edir və xroniki xəstəlik riskini azaldır. Müxtəlif rəngli tərəvəzlər seçmək daha çox qida müxtəlifliyi təmin edir.

Səhərlər limonlu su içmək həzm sistemini yaxşılaşdırır və mədə pH səviyyəsini tənzimləyir. Bu, həzmi asanlaşdırır və ümumi sağlamlığı dəstəkləyir.

Çay və ya qəhvəyə darçın əlavə etmək qan şəkərini tənzimləyir, antiinflamatuar təsir göstərir və ürək sağlamlığını qoruyur.

Tünd şokolad normada istehlak edildikdə faydalıdır. O, antioksidantlarla zəngindir, qan dövranını yaxşılaşdırır, qan təzyiqini azaldır və ürək sağlamlığını dəstəkləyir.

Müxtəlif qidalanmağa diqqət yetirin. Tam taxıl, sağlam yağlar, tərəvəz və meyvələrlə zəngin pəhriz bağırsaq sağlamlığını və immuniteti gücləndirir.

Gündəlik fiziki aktivlik ürək-damar xəstəlikləri, diabet və piylənmə riskini əhəmiyyətli dərəcədə azaldır. Müntəzəm hərəkət sağlamlıq üçün vacibdir.

Stressi idarə etmək sağlam həyatın əsas komponentlərindən biridir. Meditasiya, nəfəs alma texnikaları və digər rahatlama üsulları stressi azaldır və hormonal tarazlığı dəstəkləyir.

Bu sadə məsləhətləri həyatınıza daxil etməklə sağlamlığınızı qoruyub xroniki xəstəliklərin riskini azalda bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun