Ucarda yeni doğulmuş körpə tapılıb.
E-saglam.az xəbər verir ki, Reportun Yuxarı Şirvan bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin tərəfindən beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapılıb. Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.