Tibbi xəbərlər
Türkiyəli və azərbaycanlı həkim heyəti Vətən müharibəsi qazisi üzərində
Tibbi xəbərlər
455

Türkiyəli və azərbaycanlı həkim heyəti Vətən müharibəsi qazisi üzərində ağır cərrahi əməliyyatı uğurla icra edib

Türkiyə Respublikasının “Acıbadem” Xəstəxanasının nümayəndə heyəti Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında olublar.

Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində həkim nümayəndə heyəti Respublika Klinik Xəstəxanasının həkimləri ilə birgə Vətən müharibəsi qazisi, 29 yaşlı şəxs üzərində icbari tibbi sığortanın Xidmətlər Zərfiçərçivəsində ağır cərrahi əməliyyat icra ediblər. 
 
 Bir müddət əvvəl tibb müəssisəsinə müraciət edən Vətən müharibəsi qazisi üzərində planlı cərrahi əməliyyatın vacibliyi və ağırlıq dərəcəsi nəzərə alınaraq “Acıbadem” Xəstəxanasının professor həkimləri Arel Gereli və Fatih Dikici Respublika Klinik Xəstəxanasına dəvət olunub. 
 
Qeyd edək ki,  zəruri müayinələrdən keçirilən pasiyentin nəticələri əvvəlcədən “Acıbadem” Xəstəxanasına konsiliuma göndərilib və ona tibia talar, talokalkanear, talonavikulyar oynaqların artrozu diaqnozları qoyulduqdan sonra belə bir səfərin həyata keçirilməsi planlaşdırılıb. 
 
Türkiyəli həmkarları ilə planlı cərrahi əməliyyatda Respublika Klinik Xəstəxanasının Travmatologiya şöbəsinin həkimləri Eldar Əsədli, Tofiq Abdullayev, İlqar İsmayılov da iştirak edib və həyata keçirilən birgə triple artrodez əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.
 
Məlumat üçün bildirək ki, əməliyyatdan sonra vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində TƏBİB-in beynəlxalq əməkdaşlıq strategiyasına uyğun olaraq Respublika Klinik Xəstəxanası ilə “Acıbadem” Xəstəxanası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
 
İmzalanma mərasimində Respublika Klinik Xəstəxanasının rəhbərliyi, “Acıbadem” Xəstəxanasının Baş İdarəsinin Beynəlxalq xəstə xidmətləri şöbəsinin İcraçı direktoru İlyas Benveniste, professor həkim Arel Gereli, professor həkim Fatih Dikici, Regional inkişaf şöbəsinin Azərbaycan Respublikası üzrə məsul şəxsi İlahə Kılıç, məsul şəxs Vüsalə Nurçeli iştirak edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun