Türkiyəli alimlər əl titrəməsi xəstəliyinin dərmanını tapıblar.
E-saglam.az xəbər verir ki, nevrologiya mütəxəssisi Prof. Dr. Sultan Tarlacı, parkinson xəstəliyindən başqa əl titrəmələrində 75 faizdən çox uğurlu nəticə gösətərən qolbaq şəkilli cihazı ixtiraçı mühəndislərlə birlikdə hazırladıqlarını söyləyib. O, bildirib ki, 430 qram ağırlığında olan qolbağının zəlzələ sönümləmə məntiqi ilə hərəkət edir: "Saat kimi qolbaqğıdır, bunun içində həndəsi riyazi ardıcıllıq var. Başqa sözlə desək, sürüşüb axaraq və ya ağırlığı titrəyişin əks istiqamətində daşıyaraq yatırır".
Bir stəkan su içmək belə işgəncədir
Tarlacı qeyd edib ki, səbəbi bilinməyən titrəmə xəstəliyi olan əsas tremor nəsillər arasında keçir: “Babalardan, nənələrdən, nəvələrə və ya uşaqlara ötürülür. Bir stəkan su içmək, yazı yazmaq, ayaqqabı bağlamaq kimi hər kəs üçün sadə görünən bu hərəkətlər şiddətli titrəyişlərdən şikayət edənlər üçün böyük əzaba çevrilir".
100-ə yaxın xəstədə istifadə olunur
Türkiyədə hazırlanan və istehsal edilən qolbağının 100-ə yaxın xəstədə istifadə olunmağa başladığını bildirən Prof. Dr. Sultan Tarlacı bildirib ki, cihaza xaricdən də tələbat var.
Tərcümə etdi: Könül Oruc