Türkiyə Respublikasının müxtəlif bölgələrində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyində peşəkar həkimlərdən ibarət heyət formalaşdırılıb.
E-saglam.az-ın məlumatına görə, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.
Qeyd olunub ki, ehtiyac yarandığı təqdirdə heyət zərərçəkmişlərin müalicəsinə cəlb olunacaq.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.