Ümraniyədə keçirilən əməliyyat zamanı jandarma qrupları 5 milyon qutudan çox saxta dərman ələ keçirib.
E-saglam.az xəbər verir ki, məlum olub ki, uzun müddətdir xərçəng dərmanlarının saxtalaşdırılması ilə məşğul olan dəstə bu preparatları həm apteklər, həm də internet üzərindən satışa çıxarıb.
Prokurorluq araşdırması yekunlaşıb və hazırda həbsdə olan 9 nəfər haqqında 5 ilə qədər həbs cəzası tələbi ilə ittihamnamə hazırlanıb. Saxta dərmanların siyahısı da açıqlanıb.
Saxta çıxarılan 11 dərman:
-
Dostinex – südün yatırılması müalicəsi (6000 qutu)
-
Venofer – hemodializ xəstələri üçün (1000 qutu)
-
Pregnyl – sonsuzluq müalicəsi (10.000 qutu)
-
Cellcept – orqan köçürülməsindən sonra (2 milyon ədəd)
-
Rivotril – anksiyete aradan qaldırıcı (60.000 ədəd)
-
Femara – döş xərçəngi müalicəsi (100.000 ədəd)
-
Venetoclax – xroniki limfositar leykoz (40.000 ədəd)
-
Xalkori – xərçəng müalicəsi
-
Phesgo – xərçəng müalicəsi
-
Xgeva – xərçəng müalicəsi
-
Blincyto – xərçəng müalicəsi
İstintaq zamanı məlum olub ki, bəzi preparatların tərkibi dəyişdirilib və onların içərisinə ucuz ağrıkəsici parasetamol əlavə olunub.
Nazirlikdən xəbərdarlıq
Səhiyyə Nazirliyi həm hüquqi, həm də inzibati araşdırmaya başlayıb. Rəsmi qurum bildirir ki, bəzi saxta dərmanlar apteklərə qədər çatdırılıb, lakin əksəriyyəti internet üzərindən satışa çıxarılıb.
Nazirlik və mütəxəssislər əhaliyə sosial media və onlayn platformalar üzərindən dərman almamağı tövsiyə edir. Çünki bu yolla satılan bütün dərmanların saxta olduğu vurğulanır.
Tərcümə: Könül Oruc