Yandex watch
Tualetə gedəndə ortaya çıxan 2 əlamət həyati təhlükənin

Hər gün diqqətdən qaçan tünd sidik və açıq rəngli, pasta kimi nəcis ciddi qaraciyər problemi – öd yolları xərçənginin ilkin əlamətləri ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu təhlükəli xəstəlik, tibbi dildə xolangiokarsinoma adlanır və qaraciyər, öd kisəsi və bağırsaqları birləşdirən bölgədə yaranır.

Mütəxəssislər bildirir ki, bu tip xərçəngin simptomları gec üzə çıxdığı üçün vaxtında diaqnoz çətinləşir. Xəstəliyin erkən xəbərdarlıqları arasında sarılıq (göz və dəridə saralma), qaşınma, səbəbsiz arıqlama, sağ qarnın yuxarı hissəsində ağrı və iştahsızlıq da var.

Əgər bu simptomlardan hər hansı biri müşahidə olunursa, dərhal həkimə müraciət edilməlidir. Mütəxəssislər həmçinin spirtin bu xərçəng növü ilə birbaşa əlaqəsinin olmadığını, bu barədəki ümumi fikirlərin yanıldıcı olduğunu vurğulayır.

Tərcümə: Könül Oruc

E-saglam.az