Yandex watch
Toyuq ətini bu şəkildə saxlasanız və bişirsəniz,

Toyuq əti mikroorqanizmlərin sürətlə çoxala bildiyi, yüksək riskli bir qida məhsuludur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Dr. Ahmet Hilmi Çon bildirir ki, toyuğun yetişdirilməsi, kəsilməsi, daşınması və satışa çıxarılması mərhələlərinin hər birində gigiyena əsas şərtdir. Ən böyük risk isə toyuğun ev şəraitində bişirilməsi və saxlanması zamanı ortaya çıxır.

Tavuğun kifayət qədər bişirilməməsi, bişdikdən sonra çiy ətlə təmas edən avadanlıqla işlənməsi, açıq mühitdə saxlanması və ya soyuducuda düzgün olmayan şəraitdə uzun müddət qalması kimi hallar bakteriya çoxalmasına şərait yaradır. Bu isə salmonella və kampilobakter kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Yay aylarında temperaturun yüksəlməsi bu riski daha da artırır.

İstehlakçılar toyuq məhsullarını etibarlı mənbədən almalı, evdə hazırlayarkən əllərini və istifadə olunan ləvazimatları tez-tez yuyub, bişmiş və çiy əti ayrı saxlamalıdırlar. Toyuq əti ucuz və qidalı olsa da, gigiyena qaydalarına əməl olunmadıqda ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az