Tibbi xəbərlər
Tiroidinizin düzgün işləmədiyini göstərən
Tibbi xəbərlər

Tiroidinizin düzgün işləmədiyini göstərən 10 xəbərdarlıq siqnalı

Qalxanabənzər vəziniz düşündüyünüz kimi işləməyə bilər. Daimi soyuqluq, səbəbsiz yorğunluq və qəfil çəki artımı kimi simptomlar bəzən sadəcə yorğunluq deyil, daha ciddi bir problemin — tiroid funksiyalarındakı pozğunluğun xəbərçisi ola bilər.

E-saglam.az xəbər verir ki, qalxanabənzər vəzi hər nə qədər kiçik olsa da, bədənin enerji balansından tutmuş, ürək ritminə, əhval-ruhiyyəyə və hətta dərinizin sağlamlığına qədər bir çox prosesi tənzimləyir. Bu vəz düzgün işləmədikdə isə, orqanizmdə müxtəlif narahatlıqlar meydana gəlir.

Tiroid vəzinin funksiyası nədir?

Qalxanabənzər vəzi orqanizmdə maddələr mübadiləsini tənzimləyən hormonlar ifraz edir. Əgər bu hormonlar lazım olan miqdarda istehsal olunmursa, bədən funksiyaları yavaşlayır. Bu vəziyyətə tibbdə hipotiroidizm deyilir və bəzən illərlə səssiz şəkildə inkişaf edə bilər.

Qadınlar daha çox risk altındadır

Araşdırmalara görə, qadınlarda tiroid problemi kişilərə nisbətən daha tez-tez rast gəlinir. Xüsusilə hamiləlik, doğuşdan sonrakı dövr və menopoz zamanı hormon səviyyəsindəki dəyişikliklər bu vəziyyətin yaranmasına səbəb ola bilər.

Tiroidin düzgün işləmədiyini göstərən 10 xəbərdarlıq əlaməti

Əgər aşağıdakı simptomlardan bir neçəsini uzun müddətdir hiss edirsinizsə, tiroid funksiyanızla bağlı yoxlanışdan keçməyiniz faydalı ola bilər:

  • Daimi üşümə hissi

  • Quru dəri və saç tökülməsi

  • Davamlı yorğunluq

  • Yaddaş zəifliyi və diqqət dağınıqlığı

  • Açıqlana bilməyən çəki artımı

  • Qəbizlik və həzm problemləri

  • Əhval-ruhiyyə pozğunluğu, depressiya

  • Əzələ ağrıları və kramplar

  • Menstrual dövrün pozulması

  • Əllərdə və barmaqlarda keyimə və iynəbatma hissi

Unutmayın, bu əlamətlər mütləq tiroid xəstəliyinə işarə etmir, amma zamanında müayinə ilə erkən diaqnoz həyat keyfiyyətinizi yüksəldə bilər. Sağlamlığınızı diqqətdə saxlayın.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun