
Bəzi sosial şəbəkələrdə qadın və kişiləri pis vərdişlərə sövq edən amillər var”.

E-saglam.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub "Tiktok”da qadın izləyicilərinin sayının çox olması səbəblərini izah edərkən deyib. Sosioloq sözügedən şəbəkənin izləyicilərini qəfəsdən çıxan insanlara bənzədib:
"Bu amillər nədir? Əsas məsələ budur, onlar nəyi subut eləmək istəyirlər? "Tiktok” izləyiciləri qəfəsdən çıxan insanlara bənzəyir, özlərini kimlərəsə nümayiş etdirirlər. Bu, ciddi araşdırma mövzusudur. Açıq-saçıq videolar, səhifələr "İnstaqram”da da çoxdur. Hələ qonşu ölkələrin bəzilərində "İnstaqram”dakı açıq-saçıq paylaşımlar dəhşətli dərəcədədir”.
Sosioloq qeyd edib ki, hansı şəbəkədə izləyici çoxdursa, orada açıq-saçıq paylaşımların sayı da çoxdur:
"Qadınların "Tiktok”da aktiv olmasının səbəbi onun imkanlarının daha əlçatan, izləyicilərin daha çox olmasıdır. Buna görə "Tiktok” populyarlıq qazanıb. "Tiktok”da ödənişlər, uduşlar var, orada pul qazanmaq imkanları daha rahatdır. Qadınlar da bunu bilərək canlı yayım açır və pul qazanır”.