Tibbi xəbərlər
Tibb tarixinə düşən ilk xəstə: panik atak zənn edilirdi,
Tibbi xəbərlər
201

Tibb tarixinə düşən ilk xəstə: panik atak zənn edilirdi, ürəyindəki anevrizma üç dəfə partlayıbmış

Adanada yaşayan 37 yaşlı Hüseyn Emrah Yıldız uzun illər nəfəs darlığı və ürək döyüntüləri səbəbilə “panik atak” diaqnozu ilə müalicə olunub.

E-saglam.az xəbər verir ki, lakin diş çəkilməsindən sonra vəziyyəti ağırlaşan xəstəyə gerçək diaqnoz qoyulub və məlum olub ki, o, dünyada bu xəstəliyə tutulan ilk şəxsdir.

Yıldızın ürəyindəki qabarcıq (Valsalva sinus anevrizması) artıq üçüncü dəfə partlayıb. O, bu səbəbdən 37 yaşında tibbi tarixə düşüb.

Çukurova Universiteti (ÇÜ) Tibb Fakültəsi Balcalı Xəstəxanasının əməkdaşı olan Yıldız anadangəlmə ürək qapağı anomaliyası ilə doğulub və gənc yaşlarında iki dəfə əməliyyat olunub. On üç il ərzində heç bir nəfəs darlığı yaşamasa da, daha sonra təkrar şikayətləri başlayıb. Psixiatra yönləndirildiyi üçün ona panik atak diaqnozu qoyulub və illərlə yanlış müalicə alıb.

Keçən ay diş çəkildikdən sonra ürək döyüntüləri və aritmiya başlayan Yıldız təcili yardıma aparılıb. Müayinələrdən sonra kardioloqlar onun probleminin ürək qapağı ilə bağlı olduğunu aşkarlayıblar.

ÇÜ Tibb Fakültəsi Ürək-damar Cərrahiyyəsi kafedrasının professoru Mehmet Şah Topçuoğlu və komandası tərəfindən əməliyyat olunan xəstə üzərində üç fərqli prosedur aparılıb. Altı günlük reanimasiya müalicəsindən sonra Yıldızın vəziyyəti stabilləşib.

Əməliyyatdan sonra sözlərinə görə artıq rahat nəfəs ala bilir:

“Mən anadangəlmə ürək problemləri ilə doğulmuşam, iki dəfə əməliyyat keçirmişəm. Ancaq davamlı nəfəs darlığı yaşayırdım. Psixiatra göndərdilər və panik atak diaqnozu qoyuldu. Mən bunun panik atak olmadığını hiss edirdim. İndi isə nəfəs ala bilirəm, həyatım dəyişdi”.

Prof. Dr. Topçuoğlu isə bildirib:

“Dünya tibbi ədəbiyyatında Valsalva sinusunun üçüncü belə anevrizması qeydə alınmayıb. Bu xəstə ürəyin içindəki qabarcığın qopması səbəbilə əməliyyat olunan ilk insandır. Hazırda vəziyyəti yaxşıdır və qısa müddətdə normal həyatına qayıdacaq”.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun