Tibbi xəbərlər
Tibb tarixində ilk: insan titan ürəklə
Tibbi xəbərlər

Tibb tarixində ilk: insan titan ürəklə 100 gün yaşadı

Avstraliyada ilk dəfə olaraq titandan hazırlanmış süni ürəklə yaşayan xəstə evə buraxılıb. 40 yaşlı avstraliyalı kişi “BiVACOR” adlı cihazla üç aydan çox yaşadıqdan sonra donor ürək transplantasiyası edilib. Bu süni ürək donor çatışmazlığı səbəbindən transplantasiya gözləyən ürək çatışmazlığı xəstələri üçün müvəqqəti həll kimi istifadə edilir.

E-saglam.az “Nature” jurnalına istinadla xəbər verir ki, Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. “BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir.

Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. Hazırda ABŞ-da 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib.

“BiVACOR” cihazının sınaqları davam edir və kardioloqlar bu texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər. (publika.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun