Tibbi xəbərlər
Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə
Tibbi xəbərlər
198

Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır?

Tibb kurslarına müraciət edənlərin sayı artıb.

E-saglam.az xəbər verir ki, 6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir.

Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar.

Bəs bu kursları bitirən şəxslərə verilən sənədlər nə qədər etibarlı sayılır?

Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə kursları bitirənlər yüngül tibbi dəstək göstərməklə, ancaq ailə üzvlərinə kömək göstərə bilərlər:

"Elanlarda bəzən elə şərtlər qeyd olunur ki, insanlara cəlbedici gəlir və həmin kurslara müraciət edirlər. Lakin kursu bitirdikdən sonra harada çalışacaqları ilə bağlı maraqlanmırlar. Problem də məhz bundan sonra başlayır. Belə şəxslərin nəinki dövlət müəssisələrində, digər tibb idarələrində də çalışması yolverilməzdir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb kurslarına nəzarət nazirliyin səlahiyyətlərinə daxil deyil. Həmin kursları bitirən şəxslər dövlət tibb müəssisələrində işlə təmin olunmurlar.

Daha ətraflı "Xəzər xəbər"in süjetində:

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun