Təzyiqin normallaşması üçün aşağıdakı tədbirlər yaxşı nəticə verə bilər.
Bu barədə E-saglam.az-a Nizami Tibb Mərkəzinin kardioloqu Maya Abdullayeva məlumat verib.
İstənilən havada müntəzəm piyada gəzinti. Bu, nəinki adi məşqdir, eyni zamanda meteohəssas insanlar üçün profilaktikadır;
Yoqa, bədən tərbiyəsi məşğələləri;
Menyudan duzlu və qızardılmış yağlı yemək məhsullarının çıxarılması;
Bütün orqan və hormonların düzgün işləməsinə nəzarət;
Somatik xəstəliklərin profilaktikası;
Müntəzəm kontrast duş damarlar üçün ən yaxşı trenajordur;
Fiziki yükləmələrdən və həddindən artıq zehni gərginlikdən uzaq durmaq;
Alkoqol və tütündən imtina.