Təyyarədə yemək qəbul etmək olmaz, xüsusilə bu şəxslər ehtiyatlı olsunlar -
Təyyarədə yemək qəbul etmək olmaz, xüsusilə bu şəxslər ehtiyatlı olsunlar -

Qastroenteroloq İvanina yemək yeməməyi və təyyarədə yalnız çay və su içməyi məsləhət görüb.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Yelena İvanina təyyarə ilə səyahət edərkən yeməkdən və müəyyən içkilərdən çəkinməyi məsləhət görüb.

İvaninanın sözlərinə görə, hava təzyiqinin dəyişməsi və təyyarənin hərəkət etməsi həzm olunan qidanın mədə-bağırsaq traktından normal hərəkət edə bilməməsinə gətirib çıxarır: "Bu, mədə ağrısı, şişkinlik, artan qaz istehsalı və bağırsaq hərəkətlərində problemlər yarada bilər".

"Təyyarədə həzm problemləri yuxusuzluq, pəhrizdə dəyişiklik və ya uzun müddət hərəkətsiz qalmaqdan da yarana bilər", - deyə həkim vurğulayıb.

Bununla əlaqədar olaraq, qastroenteroloq, mümkünsə, bütün uçuş zamanı heç bir şey yeməməyə çağırdı: "Qastrit,  xoralı kolit və Crohn xəstəliyi olan insanlar üçün yeməkdən imtina etmək xüsusilə vacibdir".

Həkim uçuş zamanı yalnız qazsız su və çay içməyi və ya hava limanına getməzdən əvvəl, ya da təyinat yerinə çatdıqdan sonra yemək yeməyi tövsiyə etdi.

Tərcümə: Könül Oruc

E-saglam.az