Tibbi xəbərlər
Teymur Musayev: “COVID-19-un PCR-lə diaqnostikası üçün 50-dən çox laboratoriya işə salınıb”
Tibbi xəbərlər
373

Teymur Musayev: “COVID-19-un PCR-lə diaqnostikası üçün 50-dən çox laboratoriya işə salınıb”

“Təəssüf ki, koronavirus infeksiyası tez-tez mutasiyaya uğrayır və bu da virusun xüsusiyyətidir. Nəticədə yeni ştamlar yaranır. Həmin ştamlara yoluxarkən yeni müxtəlif kliniki gedişata malik olan xəstəlik öz xüsusiyyətini dəyişir və bununla bağlı görülən tibbi tədbirlər dəyişmiş ola bilir”.

E-saglam.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O qeyd edib ki, COVID-19 xəstəliyinin müəyyənləşdirilməsində qızıl standart kimi qəbul edilmiş PCR üsulu ilə qısa müddətdə sırf bu diaqnostika üçün hazırlanan 50-dən çox laboratoriya işə salınıb və mövcud olan şəbəkəyə qoşulub: “Həmin laboratoriyalar sırf mərkəzi iri şəhərlərdə deyil, bütün regionlarda fəaliyyət göstərirlər. Yeni klinika və modul tipli xəstəxanaların əks-pandemik tədbirlərə cəlb olunması onu göstərdi ki, ölkə başçısının yeritdiyi səhiyyə siyasəti və həmin siyasətin mərkəzində duran Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun