Testosteron ikincil cinsi xüsusiyyətlərin formalaşmasına cavabdeh olan əsas kişi cinsi hormonudur, həmçinin yağ kütləsinin azalmasına və əzələlərin böyüməsinə kömək edir.
E-saglam.az xəbər verir ki, endokrinoloqu Yuliya Sidorkina bizə testosteron çatışmazlığı olan kişinin necə göründüyünü söylədi.
Hormon səviyyələrində azalma dərhal görünüşü təsir edir. Beləliklə, kişinin əzələ kütləsi azalır və qarın, bud və omba bölgəsindəki yağ toxuması artmağa başlayır. Testosteron çatışmazlığı bədəndə tüklərin böyüməsinin azalmasına, üzün şişməsinə, quru dəriyə və ginekomastiyaya və ya döşlərin böyüməsinə səbəb ola bilər.
40 yaş civarında kişilərdə hormon səviyyəsi təbii şəkildə azalmağa başlayır. Həyat tərzinizi dəyişdirərək bu prosesi yavaşlada bilərsiniz. Düzgün qidalanmalı, məşq etməli, pis vərdişlərdən imtina etməli və kifayət qədər yatmalısınız.
Tərcümə: Könül Oruc