“Mən daim eşidirəm ki, ölkədə çarpayı problemi yoxdur, pandemiya xəstəxanalarının sayı ilə bağlı heç bir problem yoxdur, fövqəladə hallarda ehtiyat var. Amma praktikada “MedProsvet” layihəsinin qurucusu olaraq çoxlu şikayətlərlə qarşılaşıram”.
E-saglam.az xəbər verir ki, bubarədə “MedPrE-saglam.azosvet” layihəsinin qurucusu, terapevt Zaur Orucov Media.Az-a müsahibəsində deyib.
Onun sözlərinə görə, insanlar kömək istəyirlər, vaxtında gəlməyən təcili və təxirəsalınmaz yardım xidmətlərinin işindən şikayətlənirlər və gəlsələr belə, deyirlər ki, pandemiya xəstəxanalarında yer olmadığı üçün insanları tibb ocaqlarına apara bilmirlər. Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) qaynar xətləri ilə saatlarla əlaqə saxlamaq olmur.
“Təkcə bir gecədə bəzən bir neçə insanı itiririk. Axşam onlarla danışırsan, səhər isə öyrənirsən ki, artıq yoxdurlar. Məntiqi olaraq suallar ortaya çıxır: niyə iki il ərzində hələ də çağrı mərkəzlərində çox az işçi var və insanlar onlarla əlaqə saxlaya bilmir? Niyə təcili yardım maşınları belə azdır? Niyə proses hələ də tənzimlənməyib? Bu müddət ərzində hadisələrin inkişafı üçün hər hansı bir ssenarini qabaqcadan görmək və görünməz düşmənlə döyüşməyə hazır olmaq lazım idi. Amma bu müddətdə insanlar ölməyə davam edir. Görünür, bəzi məmurlar başqa reallıqda yaşayırlar”, - deyə terapevt qeyd edib.