Tibbi xəbərlər
Temperaturun artması qadınlarda xərçəng riskini artırır -
Tibbi xəbərlər
337

Temperaturun artması qadınlarda xərçəng riskini artırır - Araşdırma

Yaxın Şərq və Şimali Afrikada aparılan araşdırma temperatur artımının qadın sağlamlığına mənfi təsir etdiyini göstərib.

E-saglam.az xəbər verir ki, araşdırmaya görə, havanın hər 1°C artması ilə qadınlarda döş, yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçəngi riski artır.

Xərçəng halları və ölümlər artır

Tədqiqat nəticələrinə əsasən, temperaturun 1°C artması ilə hər 100.000 nəfərə düşən xərçəng halları 173-dən 280-ə, xərçəngdən ölüm halları isə 171-dən 332-yə yüksəlib. Ən böyük artım yumurtalıq xərçəngində müşahidə olunub.

Ən riskli ölkələr

Ən çox artım Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Suriyada qeydə alınıb. Məsələn, Qətərdə temperatur artımı ilə süd vəzi xərçəngi halları hər 100.000 nəfərə görə 560-a qədər artıb.

Mütəxəssislərdən xəbərdarlıq

Araşdırmanın müəllifi Dr. Wafa Abuelkheir bildirib ki, temperatur artımı qadınlarda xərçəngdən ölüm hallarını da artırır. Həmmüəllif Dr. Sungsoo Chun isə qeyd edib ki, qadınlar xüsusilə hamiləlik dövründə iqlim dəyişikliklərinə daha həssas olurlar və tibbi xidmətlərə çıxışda bərabərsizlik bu riski daha da artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun