Yuxuya getməzdən əvvəl telefonunuzu yastığın altına və ya baş ucuna qoyursunuzsa, bu xəbər sizi maraqlandıracaq. Mütəxəssislər xəbərdarlıq edir: mobil cihazlarla bağlı bu adi vərdiş beyin sağlamlığınız üçün düşündüyünüzdən daha təhlükəlidir.
E-saglam.az xəbər verir ki, araşdırmalara görə, mobil telefonlardan yayılan elektromaqnit dalğalar yuxu keyfiyyətini azaldır, baş ağrılarını artırır və uzunmüddətli istifadədə stress hormonlarını tətikləyə bilər. Ən əsası isə, telefonun yastıq altında saxlanması beyin fəaliyyətini gecə boyu təsir altında saxlayaraq dərin yuxu fazasına keçidi çətinləşdirə bilər.
Nə etməli?
Mütəxəssislər telefonu gecə rejiminə salmağı, uçuş rejimini aktivləşdirməyi və cihazı yataqdan ən azı 1 metr uzaqda saxlamağı tövsiyə edirlər.
Kiçik bir dəyişiklik, böyük bir fərq yarada bilər. Beyninizin rahat dincəlməsi üçün sadəcə telefonla məsafə saxlamaq bəs edir!
Tərcümə: Könül Oruc