Tibbi xəbərlər
Təkrar infarktın qarşısını almaqda
Tibbi xəbərlər
184

Təkrar infarktın qarşısını almaqda aspirindən daha effektiv dərman

Koronar arteriya xəstəliyi olan xəstələrdə təkrar infarkt və ya insult riskini azaltmaq üçün uzun müddət gündəlik aşağı dozalı aspirin tövsiyə edilir. Lakin yeni meta-analiz göstərir ki, klopidoqrel (Plavix) aspirindən daha təsirli və təhlükəsiz alternativdir.

E-saglam.az xəbər verir ki, təxminən 29.000 xəstəni əhatə edən yeddi araşdırmaya əsaslanan tədqiqat, klopidoqrel monoterapiyasının uzunmüddətli istifadədə infarkt, insult və ürək-damar ölüm riskini aspirinə nisbətən təxminən 14% azaltdığını göstərir. Əsas üstünlük isə qanaxma riskini artırmamasıdır.

Klopidoqrel xüsusilə artıq infarkt və ya insult keçirmiş xəstələr üçün tövsiyə olunur. Aspirinlə müqayisədə daha geniş yaş qruplarında, müxtəlif etnik mənsubiyyətlərdə və cinslərdə effektivliyi sübut olunub.

Ekspertlər vurğulayır ki, mövcud araşdırmalar aspirinin erkən istifadəsinin əhəmiyyətini ləğv etmir, amma uzunmüddətli monoterapiya üçün klopidoqrel üstünlük təşkil edə bilər. Hər hansı dərman dəyişiklikləri həkimlə məsləhətləşdikdən sonra edilməlidir.

Araşdırma "The Lancet" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun