Tibbi xəbərlər
Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər
Tibbi xəbərlər
220

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ofisdə və ya divanda uzunmüddətli əyləşmək, hərəkətsiz qalmaq sağlamlığa ölümcül təsir göstərə bilər. Lakin yeni tədqiqat göstərir ki, bir fincan qəhvə içmək bu riski azalda bilər.

E-saglam.az “Science Alert” saytına istinadla xəbər verir ki, ABŞ-da 10 mindən çox insan üzərində aparılan, “BMC Public Health”də dərc olunan araşdırma qəhvə içməyin gündə altı və ya daha çox saat oturmağın mənfi təsirlərindən qoruna biləcəyini müəyyən edib.

Alimlər qəhvə içmədən oturaq həyat tərzi keçirən insanlarla müqayisədə qəhvə içənlərin 13 il sonra ölmə ehtimalının 1,58 dəfə az olduğunu bildiriblər.

Çindəki “Soochow” Universitetinin alimləri araşdırmanın bu mövzuya dair ilk tədqiqat olduğunu söyləyiblər.(Azərtac) 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun