Xəstəliklər
Tədqiqat: Bəzi xərçəng dərmanları diabeti də
Xəstəliklər

Tədqiqat: Bəzi xərçəng dərmanları diabeti də müalicə edə bilər

Bəzi xərçəng dərmanları diabeti də müalicə edə bilər.

E-saglam.az “knowridge” saytına istinadla xəbər verir ki, Pittsburq Universitetinin alimləri araşdırma apararkən bunu aşkar ediblər.

Tədqiqatçılar Farzad Esni və Jing Hu xərçənglə bağlı araşdırmaları zamanı diabetin müalicəsi üçün gözlənilməz dərmanların olduğunu müəyyənləşdiriblər. İlk olaraq siçanlar üzərində aparılan tədqiqatda mədəaltı vəzində regenerasiya fəaliyyətini nəzərdə tutan qeyri-adi dəyişiklikləri müşahidə ediblər. Cərrahiyyə üzrə dosent F.Esni qeyd edib ki, genetik olaraq dəyişdirilmiş siçanların mədəaltı vəzi bərpa cəhdinin əlamətlərini göstərir. Bu, tədqiqatçıları hüceyrələrin insulin istehsal etmək üçün yenidən proqramlaşdırıla biləcəyini araşdırmağa yönəldib, bu kəşf diabetin müalicəsində inqilab edə bilər.

Alimlər aşkarlayıblar ki, əvvəlcə xərçəng müalicəsi üçün hazırlanmış dərman diabetik siçanlarda hüceyrələri insulin istehsal edən hüceyrələrə çevrilməyə vadar edə bilər. Əvvəlki tədqiqatlardan fərqli olaraq insan təhlükəsizliyinə dair mövcud məlumatlara görə, dərmanın klinik diabetin müalicəsi üçün yararlı olduğu bildirilir. (AZƏRTAC)

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun