Tibbi xəbərlər
Təcili tibbi yardıma şikayətlərin sayında
Tibbi xəbərlər
317

Təcili tibbi yardıma şikayətlərin sayında azalma müşahidə olunub

"İstərdim ki, TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərlə bağlı məlumatı da diqqətinizə çatdırım".

E-saglam.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, 2024-cü ilin 9 ayı ərzində TƏBİB-in 815 Çağrı Xidməti şöbəsinə təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə bağlı daxil olan müraciətlərin sayı 2788 təşkil edib:

"Müraciətlərdən 2539-u şikayət xarakterli, 247-si sorğu xarakterli, 2-si isə təklif xarakterli olub.

Avqust və sentyabr aylarında daxil olan şikayətlərlə bağlı statistikanın müqayisəsinə baxdıqda görürük ki, görülən işlər nəticəsində şikayət sayında əsaslı dərəcədə azalma müşahidə edilməkdədir. Belə ki, avqust ayında şikayətlərin sayı 346 idisə, sentyabr ayında bu rəqəm 248 olub".

Könül Oruc 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun