“Təcili və təxirəsalınmaz tibbi yardım maşınlarında istifadə edilən dərman preparatları, tibbi cihazları sığorta ödəyir”.
E-saglam.az xəbər verir ki, bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
O bildirib ki, eyni zamanda xəstəxanaların təcili yardım şöbələrinin stasionarında dərman sərfiyyatı da sığorta tərəfindən qarşılanır:
“Yəni vətəndaşın bu hallarda dərmanları özünün almasına və ya hər hansı ödəniş etməsinə ehtiyac yoxdur”.