Tibbi xəbərlər
"Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir" – RƏSMİ
Tibbi xəbərlər

"Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir" – RƏSMİ

“Təcili tibbi yardım xidməti icbari tibbi sığortaya aiddir. Dərman təminatı da sığorta zərfinə daxildir”

E-saglam.az “Report”-a istinadla xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Agentlik rəsmisi qeyd edib ki, hər hansı bir tibbi xidmət pasiyentin istəyinə görə deyil, həkimin təyinatı ilə pulsuz göstərilə bilər: “Hansısa tibb müəssisəsinin həkiminin göndəriş verməməsi ilə bağlı narazı qalan vətəndaş həmin səhiyyə ocağının rəhbərliyinə müraciət edə bilər. Əgər xəstənin istəyi əsaslıdırsa, onun şikayəti təmin edilə bilər”.

A.Əhmədova bildirib ki, pasiyent icbari tibbi sığorta xidməti zamanı həkim seçimində azaddır.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun