Tibbi xəbərlər
TƏBİB: Xəzər Təcili Tibbi Yardım Stansiyasının Binə qəsəbəsi üzrə
Tibbi xəbərlər
359

TƏBİB: Xəzər Təcili Tibbi Yardım Stansiyasının Binə qəsəbəsi üzrə ikinci filialı istifadəyə verilib

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Xəzər Təcili Tibbi Yardım Stansiyasının Binə qəsəbəsi üzrə ikinci filialı istifadəyə verilib.

E-saglam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, son illərdə Binə qəsəbəsi ərazisində artan əhali sayını nəzərə alaraq, eləcə də çağırışların vaxtında icrası məqsədilə yaradılan ikinci filial 24 saat ərzində çağırışlar üzrə vətəndaşları təcili və təxirəsalınmaz tibbi xidmətlərlə təmin edəcək. Fuad Aynulov küçəsi 56 ünvanında istifadəyə verilən yeni filiala 2 ambulans təhkim olunub. Bununla da, Binə qəsəbəsi ərazisindəki 2 filial üzrə təcili tibbi yardım briqadalarının sayı 5-ə çatdırılıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov yeni filialda yaradılan şəraitlə tanış olub. Mərkəzin direktoru əhaliyə tibbi xidmətin yüksək şəkildə təşkili ilə bağlı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Qurumdan bildirilib ki, əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları əhalinin məskunlaşması, tələbatı, stansiyaların geolokasiyası nəzərə alınaraq yenidən təşkil olunur. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən, ölkə üzrə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin stansiya və filiallarının yeni allokasiya xəritəsi hazırlanır. Abşeron yarımadası üçün planlama işləri artıq yekunlaşıb. Əmrə əsasən, ehtiyac üzrə stansiya və filialların sayının artırılması nəzərə tutulub.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun