Hazırda TƏBİB tabeli tibb müəssisələrinin vahid saytının yaradılması üzrə iş aparılır.
E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya
departamentinin rəhbəri Zamirə Ədilova “Media nümayəndələri üçün tibbi savadlılıq təlimi”ndə deyib.
Onun sözlərinə görə, məlumatların açıq, şəffaf şəkildə paylaşılmasında qurumun veb-saytı vacibdir: "TƏBİB-in rəsmi veb-saytının funksionallığının artırılması istiqamətində bir sıra işlər görülüb. Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə Karyera portalı istifadəyə verilib. İndi də tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb".
E-saglam.az