
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şəkərli diabet xəstəliyi üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınmasına sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

E-saglam.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, TƏBİB dərman vasitələrinin alqı-satqısı ilə bağlı “Avromed Company” QSC ilə müqavilə bağlayıb.
Müqaviləyə əsasən aşağıda qeyd olunan dərmanların satın alınmasına 51 214 262,83 manat vəsait xərclənəcək: