Tibbi xəbərlər
TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb
Tibbi xəbərlər

TƏBİB sədri Azərbaycanda pandemiyanın başa çatacağı tarixi açıqlayıb

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta bir gün ərzində 80 mindən çox peyvəd vurmaq imkanımız var. Hazırda bunu edirik”.

E-saglam.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun