Tibbi xəbərlər
TƏBİB-dən 3 ayda 20 milyondan çox
Tibbi xəbərlər

TƏBİB-dən 3 ayda 20 milyondan çox tibbi xidmət

E-saglam.az xəbər verir ki, yanvar-mart aylarında göstərilən xidmət sayında ötən illərin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 20 119 326 (2 814 424 stasionar, 17 304 902 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2024-cü illə müqayisədə isə 7 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. İlk rüb ərzində 8 463 233 sayda laborator müayinələr aparılıb ki, onların da 1 347 413-u stasionar, 7 115 820-si ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 9 % artım qeydə alınıb.

Yanvar-mart ayları ərzində 83 090 cərrahi əməliyyat və prosedur (78 281 stasionar, 4 809 ambulator olmaqla) icra olunub.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun