"Azərbaycanda yoluxanların sayının azalmasına baxmayaraq, ölüm hallarına hələ də rast gəlinir".
E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.
TƏBİB rəsmisi qeyd edib ki, aprel ayından yoluxma 10 faizdən aşağı düşüb: “İl ərzində olduğu kimi, qadınlar arasında yoluxma daha çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişiklər olmayıb. 30-69 yaş arası qruplarda yoluxma daha çox rast gəlinir. Yoluxmalar Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb".