Taylandda kişi Viaqra əvəzinə diri kərtənkələ yeməyə başlayıb,
Taylandda kişi Viaqra əvəzinə diri kərtənkələ yeməyə başlayıb,

Tailand sakini iktidarsızlığın qarşısını almaq üçün diri kərtənkələ yeməyə başlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə “The Thaiger” məlumat yayıb.

Çanthaburi əyalətindən olan 59 yaşlı Sommai adlı kişinin ailəsi onun cinsi həyatını yaxşılaşdırmaq üçün canlı kərtənkələ yeməyi seçdiyini öyrəndikdən sonra media ilə əlaqə saxlayıb. Martın 21-də Sommai jurnalistlərin qarşısına çıxıb və qohumlarının dediklərinin doğruluğunu divar boyunca sürünən kərtənkələ tutaraq dərhal onu yeyərək sübut edib.

Sonrakı müsahibə zamanı Sommai uşaq ikən nənə və babasının kərtənkələ yediyini açıqlayıb. O bildirib ki, baba və nənəsindən bu heyvanın Viaqranı əvəz edə biləcəyini öyrənib.

Sommai həmçinin kərtənkələ yedikdən sonra ereksiyanın yaxşılaşdığını qeyd edib. 

Kişinin sözlərinə görə, kərtənkələ yemək təhlükəsizdir, çünki onlar yalnız kiçik həşəratlarla qidalanırlar. Kənd yerlərində yaşayan sürünənləri isə daha təmiz hesab etmək olar. Buna baxmayaraq, Sommai yenə də yeməkdən əvvəl kərtənkələləri kranın altında yumağı tövsiyə edib. 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az