Tibbi xəbərlər
Tanrı sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər! -
Tibbi xəbərlər
674

Tanrı sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər! - İlhamə Məhəmmədqızından...

İlhamə Məhəmmədqızından həkimlərə həsr olunmuş mənsur şeir...

E-saglam.az həmin şeiri təqdim edir:

Həyatı gözəlləşdirirsiniz təbiəti gözəlləşdirən gül-çiçək kimi.

Ömrə nur çiləyirsiniz nurlu günəş kimi.

Neçə-neçə ürəyə sevinc paylayırsınız xeyirxah müjdəçi kimi, ağxalatlı həkimlər!

Haümid baxışlara, nigaran doğmalara, üzüntülü körpəyə, gəncə, qocaya, bir sözlə, 

Sizə gümanı, ehtiyacı olanlara,

Sizə tapınanlara bir vüqar rəmzi, bir çıraq, bir dayaqsınız, ağxalatlı həkimlər!

Sizdən şəfa tapanların, xoş diləyə çatanların, saf istəyə qovuşanların minnətdarlıq hissidir ən böyük qazancınız!

Sağlam, gümrah görünmək hər bir kəsin diləyidir.

Bu diləklə də

Sizə üz tutanlara diqqət və qayğınız

Sizi daha ucadan uca, doğmadan doğma edir.

Bu inamı, bu etibarı qazanmağınız,

şərəflə və fərəhlə sağlamlıq keşiyində dayanmağınız,

şəfqət bəxş etməyiniz bəndəyə xoş olduğu qədər də, Tanrıya xoşdur!

Tanrı sizi qorusun, ağ xalatlı həkimlər, dağ vüqarlı həkimlər!

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun